DİQQƏTSİZLİK... - Tanınmış həkim narazılığını dilə gətirdi
01-07-2021 [15:46]
Vasif Əliyev,
TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri
***
Əslində, yazmağı düşünmürdüm. Ümumiyyətlə fikirlərimi sosial şəbəkədə uzun-uzadı ifadə edən biri də deyiləm. Sadəcə, bu dəfə bölüşmək qərarına gəldim. Demək belə...
Məni tanıyan çox insan bilir ki, Pandemiya başlayan dövrdən etibarən bu müharibənin ən ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və Təbib sədri ilə birlikdə gecə-gündüz çalışaraq Protokolu tərtib etmişik.
Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq. İlk Brifinglərdə çıxış edib ictimaiyyətin suallarını cavanlandırmışıq. Xalqın maarifləndirilməsi üçün elə vaxtlar olub gündə 3-4 dəfə vaxt tapıb televiziya və radiolarda çıxış etmişik və hal-hazırda da davam edirik. Sosial şəbəkələrdə bəzi cahil insanların əsassız komentlərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq.
Yadımdadır, 2020-ci ilin mart ayında ilk dəfə Yeni Klinika açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana var idi. Nə bir həkim heyəti nə də oturuşmuş bir sistem yox idi. O zaman Covidlə mübarizə təcrübəsi də yox idi. Çox həkim təmasdan qaçmaq üçün heç işə belə getmirdi. Çünki hər kəs risk altında idi. Qorxu vardı. Belə bir zamanda o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacarmadıqmı? Bacardıq. Xüsusən yeni bitirən, rezidentura təhsilini davam etdirən cavan, təcrübəsiz, ancaq enerji dolu həkimlərin hesabına bunu etdik.
100-dən çox həkimlə çiyin-çiyinə təcrübələrimi bölüşərək, usanmadan, vaz keçmədən, hər çətin anlarında arxasında duraraq bir həkim kimi yetişmələrinə köməklik etdim. Hal-hazırda bunun bəhrəsini hamı görməktədir. Minlərlə insan bu kollektivin hesabına xəstəlikdən qurtuldu.Doğrudur, itkilərimiz də oldu. Amma bu bütün dünyada var. Reallıqla barışmaq ağır olsa da lazımdır.
Covidin ilk dalğasında Yeni Klinika ilə yanaşı Tədris Terapevtik klinikaya da öz dəstəyimi göstərdim. Orda işləyən həkimlərlə bilavasitə təmas quraraq ağır xəstələrin idarə edilməsində təcrübələrimi paylaşdım. İlk modul tipli xəstəxananın açılışında Cənab Prezidentin qarşısında çıxış etmək mənə həvalə olunmuşdu. Bu işi də layiqincə yerinə yetirdik. O zamanlar xəstəliyi müalicə etmək haqda təcrübələr çox az idi.
Düz 1 il əvvəl Respublikanın əməkdar artisti Bəhram Bağırzadə terapevtik klinikada ağırlaşdığına görə Gömrük hospitalına köçürdülər. Azərbaycanda ilk dəfə Covid xəstəsi EKMO cihazına qoşuldu. O zaman TƏBİB-dən xəstənin infeksion kontrolunu mənim nəzarət etməyimi istədilər. Bu qədər işin içərisində onu da üstləndik.
Təcrübə azlığı və ciddi məsuliyyət altında İlk dəfə ACTEMRA və İVİG müalicəsini tətbiq etdik. Heç kimin inanmadığını xəstəxana kollektivi ilə birlikdə reallaşdırdıq. Daha sonra kollegamız, dostumuz Cavid Paşayev də ölümün pəncəsindən qurtuldu.
İndi xəstə müalicə etmək çox asandı. Hamı COVİD müalicə edir. Məlumatlar daha çoxdu. Antiviral preparat – Remdesivir var. O zaman bu dərmanlar yox idi. Remdesivir və Actemra ölkəyə gətirildikdən sonra Bakıda və regionlarda bu dərmanı heç eşitməyib, istifadə qaydalarını bilməyən həkimlərə nəzarəti kim etdi bəs? Bəli mən etdim. Hər gün onlarla ambulator xəstə müayinəsi ilə yanaşı dərman təsdiqi üçün gələn zənglərə da cavab verməli, uyğun xəstə olub olmadığını bu qədər işin içində analiz edib qərar verməli idim.
Nəhayət, 44 günlük müharibə dövrü.. Həmkarlarından cərrah olanlar ilk gündən cəbhəyə yola düşüb tibbi xidməti orda təşkil etdilər. O zamanlar xalqımız hər 2 cəbhədə vuruşurdu. Ön cəbhədə erməni dığası ilə, arxa cəbhədə isə bitmək bilməyən Covid bəlası ilə. Yeni Klinikanın bir tərəfində Covid xəstələri, digər tərəfində isə yaralı əsgərlərimiz var idi. Əməliyyat olunmuş palatada yatan və reanimasiyada izlənən əsgərlərimizə infeksion nəzarəti də şərəf və qürür hissi ilə sevərək etdik. Eyni zamanda ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərən həkimlərimizə onlayn şəkildə infeksion tərəfdən dəstəyimizi də göstərdik.
Müharibə bitsə də, pandemiya bitmədi. Qarşıda daha ağır 2-ci dalğa bizi gözləyirdi. Amma daha təcrübəli və daha qorxusuzduq. Bunun da öhdəsindən gələcəyimizdən adımız kimi əmindik. Bəzi ağır xəstələr başqa xəstəxanalarda yatsa da, onlara da vizit atmaqdan çəkinmədik. Bunun üçün həm Mərkəzi Neftçilər xəstəxanası, həm Gömrük xəstəxanasına dəfələrlə xəstə müayinə etməyə gedirdim.
Pandemiya ilə mübarizə çərçivəsində Covidin stasionarda müalicə prinsiplərini zoom vasitəsilə paytaxtda və regionlarda covidlə işləyən həkimlərlə bölüşdük. Onlara özümün də daim güncəl bilgiləri takip edərək ən son yenilikləri çatdırdıq və bunu bir neçə dəfə təkrarladıq. Əslində saymaqla bitməz. Unudulan çox şey var. Onların hamısını bir mətnlə yazmaq yaşananlarla müqayisə belə olunmaz. Bu qədər içimdəkiləri paylaşmama səbəb nədir deyə soruşsanız cavabını deyirəm - DİQQƏTSİZLİK..
1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalmaq. Bu zaman içində quru bir təşəkkür belə almamaq. Nə TƏBİB, nə İcbari Tibbi Sığorta, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq 1 dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var. Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı.
Bunun səbəbi çoxdur. Diqqətsizlik, Hörmətsizlik, Dəyər verməmək və ya İş bilməməzlik. Səbəb nə olursa olsun, nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq görmədik. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində, çox asan görülsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki, .........
MİA.AZ
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb