NAZİR MÜAVİNİ VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam

img

15-06-2021 [10:53]


Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

O, 1991-ci ildə, aprel ayından Azərbaycan Respublikasının Prezidentinin Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlamışdır. Daha sonra, 1998-ci ildə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri təyin edilmişdir. 2005-ci ildə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 2007-ci ildə, Dekabrın 26-da Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.

O, 1991-ci ildə Prezident Aparatında I dərəcəli mütəxəssis kimi işə başlayıb, 1998-ci ildən qurumun İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildən isə İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA