XİN başçısı: “Gürcüstan bölgədə sülhməramlı rolunun ilk konkret nəticəsinə nail olub”

img

14-06-2021 [13:40]


“Müstəqilliyin bərpasından sonra Gürcüstanın bütün hakimiyyətləri regionda sülhməramlı rolunu öz üzərilərinə götürməyə çalışıblar”.

Bunun Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani brifinqdə deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında iyunun 12-də əldə olunan humanitar razılaşma bu cəhdlərin ilk konkret nəticəsidir: “Tbilisinin Cənubi Qafqazda vasitəçiliyi qlobal təhlükəsizlik kontekstində, yeni geosiyasi mühitdə Gürcüstanın rol və funksiyasını prioritet mövzuya çevirməyə yönəlib”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA