"Türkiyə millisinin heyətində beynəlxalq təcrübəsi olan futbolçular var"
11-06-2021 [17:00]
"Türkiyə millisinin heyətində beynəlxalq təcrübəsi olan futbolçular var. Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik "Lill"in tərkibində Fransa çempionu oldular. Hakan Çalhanoğlunu isə hamımız tanıyırıq".
Bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Tuttosport" nəşrinə açıqlamasında bu gün Türkiyə və İtaliya yığmaları arasında keçiriləcək Avropa çempionatının açılış matçı ilə bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis rəqibin heyətində həmyerliləri üçün ən təhlükəli oyunçunun Burak Yılmaz olduğunu bildirib: "Amma onun qarşısında öz işini ən yaxşı şəkildə görənlərdən biri - Corco Kyellini olacaq. Yarımmüdafiəçilər - Okay Yokuşlu və Ozan Tufan komandanın ürəyidir. Kenan Karaman da cərimə meydançasında inamlı oyunu ilə seçilir".
65 yaşlı baş məşqçi "ay-ulduzlular"ın ən zəif yerinin isə müdafiə xətti olduğunu söyləyib: "Müdafiədə güclü deyillər. Qəribə səslənsə də, Azərbaycanla oyunda məni təəccübləndirmədilər. Merih Demiral hələ karyerasının pik nöqtəsində deyil. Çağlar Söyüncü isə "Lester"in heyətində İngiltərədəki uzun mövsümün əziyyətini çəkir. Amma ikili mübarizələrdə müəyyən çətinliklər yarada bilərlər".
İtaliya millisinin oyununa da toxunan De Byazi komandanın çıxışını bəyəndiyini vurğulayıb: "Bütün matçlar xüsusi diqqət və tətbiq tələb edir. Baş məşqçi Roberto Mançini uşaqlara vacib layihədə iştirak etmək imkanı verdi. Onlara doğru zehniyyəti aşıladı. Bu baxımdan onunla müqavilənin uzadılması doğru qərardır. Mançiniyə uğurlar arzu edirəm".
Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə matçı ilə start götürəcək.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək/Report.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır