Britaniyalı ekspert Füzulidə minalanmış ərazilərdəki vəziyyəti araşdırıb - FOTO

img

10-06-2021 [17:39]


Böyük Britaniya Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Füzuli rayonuna səfər edib.

Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyalı ekspert Füzulidə minalanmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşayiət ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA