Sabiq prezidentdən Yerevan iqtidarına çağırış: "Müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək"

Sabiq prezidentdən Yerevan iqtidarına çağırış: "Müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək"

GÜNDƏM

10.06.2021, 15:59

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır.

Mia.az APA-ya istinadla xəbər verir ki, hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhəd - sovet sərhədidir”, - deyə o, qeyd edib.

Ter-Petrosyan əlavə edib ki, dəqiq müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR