Gürcüstanlı jurnalistlər Kəlbəcərdə həlak olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
09-06-2021 [17:09]
Gürcüstan Jurnalistlər Birliyi (GYB) azərbaycanlı həmkarlarının Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Mia.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, GYB üzvlərinin BMT, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir:
"Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar".
Gürcü jurnalistlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətin və jurnalist təşkilatlarının baş verənlərə həssaslıq göstərməsini tələb ediblər.
Qeyd edək ki, bəyanatı GYB sədri Manana Salukvadze, GYB üzvləri – Gürcüstanın media araşdırmalar mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalistləri Badri Naçkepiya, Teymur Beridze, Təhməz Təhməzov, Natiya İoseliyani, Gürcüstan televiziyasının sədri, Gürcüstanın əməkdar jurnalisti Tengiz Tixlava, "İmedi" televiziyasının şöbə müdiri, Gürcüstanın əməkdar jurnalisti Beka Oniani, Aztv-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Məmmədov, "Gürcüstan" qəzetinin baş redaktoru, Gürcüstanın əməkdar jurnalisti Xaləddin Yolçuyev və digərləri imzalayıblar.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)