Köçəryan: “Ən çox qorxduğumuz şeylər baş verir"

img

24-05-2021 [11:52]


Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir. Dövlətçiliyi itirmək təhlükəsi böyükdür. Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, öz yerində qalmaq üçün çabalamağa davam edir. Müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risklər azalmır.

B sözləri Ermənistanın iqtisadiyyat üzrə eksperti Akop Köçəryan deyib.

“Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər. Bu azmış kimi Ermənistandan investorlar qaçır.

Hamı başa düşür ki, Ermənistan tənəzzülün bir addımlığındadır. Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 mlrd. dram çıxarıblar. Söhbət 241 milyon dollardan gedir”, - deyə ekspert qeyd edir/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA