Belarusda hərbi təyyarə evə çırpılıb, iki pilot həlak olub

img

19-05-2021 [14:44]


Belarusda hərbi təyyarə evə çırpılıb, pilot həlak olub.

Bu barədə yerli “Naş kray” qəzeti məlumat yayıb.

"Faciəvi hadisə mayın 19-da günorta Baranoviçi şəhərinin ərazisində baş verib. Hərbi təyyarə aerodromdan “Vostoçnıy” mikrorayonu istiqamətində uçuş edərkən Roza Lüksemburq küçəsindəki fərdi evə çırpılıb. Nəticədə pilot həlak olub”, - deyə məlumatda qeyd olunub.

Yanğının söndürülməsi üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Belarus Müdafiə Nazirliyi isə YAK-130 hücum təyyarəsinin təlim uçuğu zamanı qəzaya uğraması nəticəsində iki pilotun həlak olduğunu açıqlayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA