Roma Papası Qəzza ilə bağlı çağırış edib: "Görəsən, nifrət və intiqam bizi hara aparacaq?"

img

16-05-2021 [15:14]


Roma Papası Fransisk İsrail və Fələstin arasında münaqişəyə son verilməsi ilə bağlı çağırış edib.

 "The Jerusalem Post"un verdiyi xəbərə görə, Roma Papası son günlər uşaqlar da daxil olmaqla çoxsaylı günahsız insanın ölümünün qəbuledilməz olduğunu deyib: "Mən dinclik, silah səslərinə son verərək sülh yolunu tutmaq üçün məsul şəxslərə müraciət edirəm. Aralarında uşaqların da olduğu çox sayda günahsız insan ölüb. Bu qorxuncdur, qəbuledilməzdir. Onların ölümü insanların bir gələcək qurmaq istəmədiyinə, ancaq onu məhv etdiyinəişarədir... Mənə maraqlıdır, görəsən, nifrət və intiqam bizi hara aparacaq?".

Qeyd edək ki, mayın 10-dan etibarən İsrail və "HƏMAS" arasında toqquşma başlayıb. Qarşılıqlı raket və aviazərbələr nəticəsində ölənlərin sayı 180-i keçib, onlardan 50-yə yaxını uşaqdır.

İsrail Baş naziri Benyamin Netanyahu çıxışında bildirib ki, əməliyyatlar ehtiyac olduğu müddətcə davam edəcək.

İsrail mətbuatının məlumatına görə, ərəb rəsmiləri İsraildə səfərdə olan ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə elçisiilə danışaraq onun İsrail hökumətinətəcili atəşkəs çağırışıetməsini istəyiblər, lakin ABŞ rəsmisi bildirib ki, İsrail Baş naziri Netanyahu bundamaraqlı görünmür/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR