ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları dayandırıb

img

13-05-2021 [13:54]


ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.

BBC xəbər verir ki, ABŞ-ın"American Airlines", "United Airlines", "Delta Air Lines" və Britaniyanın "British Airways" şirkətləri Təl-Əvivə bütün uçuşları ləğv edib.

"Həmkarlarımızın və müştərilərimizin təhlükəsizliyi hər zaman bizim üçün əsas prioritetdir. Biz vəziyyəti yaxından izləyirik", - deyə "British Airways"in yaydığı açıqlamada bildirilib.

Britaniyanın "easyJet" hava yolu şirkəti isə bildirib ki, hələlik onlar Təl-Əvivə uçuşları dayandırmır.

"Əlbəttə ki, biz vəziyyəti izləməyə davam edəcəyik", - deyə şirkətin sözçüsü bildirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA