İsrailin zərbələri nəticəsində "HAMAS"-ın təhlükəsizlik xidmətinin qərargahı dağıdılıb

img

13-05-2021 [12:31]


İsrail Müdafiə Qüvvələri Qəzzada "HAMAS" hədəflərinə bombalı zərbələr endirib.

"The Jerusalem Post"un verdiyi xəbərə görə, zərbələr nəticəsində"HAMAS"-ın mərkəzi bankı, daxili təhlükəsizlik xidmətinin qərargahı və təşkilatın əsas komandirlərindən birinin evi məhv edilib.

İsrail Müdafiə Qüvvələri bildirib ki, bu binalar bu gün səhər saatlarında aparılan hava hücumu əməliyyatında dağıdılıb.

Qeyd olunub ki, hava hücumu nəticəsində bir sıra batalyonlara rəhbərlik edən "HAMAS" komandiri İyad Tayibin terror məqsədi ilə istifadə olunan evi məhv edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR