Lavrov Bakıdan ABŞ-a mesaj verdi: “Vaşinqtonla dialoq vacibdir"

img

11-05-2021 [14:10]


“Moskva Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşünə pozitiv yanaşır”.

Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, Prezident Putin əvvəllər də dəfələrlə bəyan edib ki, Rusiya və ABŞ aparıcı nüvə ölkələri kimi dünyada vəziyyətə görə xüsusi məsuliyyət daşıyır.

“Daha əvvəl Ağ Evdən bildirilib ki, ikitərəfli münasibətlər əsnasında yaranan sualları müzakirə etmək üçün Bayden bu ilin yay ayında Avropa ölkələrindən birində Putinlə görüşməyə hazırdır. Baydenin Prezident Putinlə danışığı zamanı təklif etdiyi Rusiya-ABŞ sammitinin perspektivlərinə müsbət yanaşırıq”, - deyə rusiyalı nazirbildirib.

S. Lavrov onu da əlavə edib ki, Rusiya-ABŞ sammitinin əsas mövzusu strateji stabillik olmalıdır: “Vaşinqtonla dialoq vacibdir. Xüsusilə də ABŞ tərəfinin davamlı olaraq, silahlar üzərində nəzarət mexanizmlərini tamamilə dağıtdığı bir vaxtda dialoqu vacib hesab edirik. Biz amerikalı həmkarlarımıza gündəlikdə duran məsələlərin müəyyən olunmasının məqsədyönlü olduöunu bildirmişik. Bizə gəldikdə, vurğuladığımız məsələlərin müzakirəsini vacib hesab edirik”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA