Şəhid kapitan dəfn olundu
07-05-2021 [13:28]
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu - kapitan Əbülfəz Rəhmətov dəfn edilib.
Mia.az xəbər verir ki, şəhid Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
***
Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Mia.az Hərbi Prokurorluğa istinadla bildirir ki, Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.
2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.
Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olan şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.
Bildirilib ki, birgə həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub: "İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik".
***
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin nəşi tapılıb.
Məlumata görə, 7 aylıq axtarışlardan sonra bu gün kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşdirilib.
1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib. Şəhidimizin nəşi Cəbrayıl rayonunda tapılıb.
Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib. O, sabah Lerikdə dəfn ediləcək/Report.
Allah rəhmət eləsin.
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"
AzTV-nin əməkdaşı vəfat edib
“eManat”dan karta pul yüklənməsi: faiz tutulacaq
Qılıncdan raketlərə: texnologiyanın dəyişdirdiyi dünya - TƏHLİL
Tramp Çin lideri ilə görüşü təxirə salır, İranla isə... - "Tehran rejimi danışıqlar istəyir, amma..."
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi