Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü olub

img

04-05-2021 [10:20]


Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA