Müğənnilərdən Rəqsanənin "İşsiz insanlar, fəhlələr nə etsin?" sualına cavab: "Sənətçilər acından ölürsə, nə etməlidir?"
15-04-2021 [15:27]
Ölkəmizdə toylara qoyulan qadağa bir ildən çoxdur ki, qüvvədədir. Artıq sənət adamları da qazanc əldə etmək üçün Rusiyaya üz tutur.
Təbii ki, sənətçilərin Rusiyaya axını səs-küysüz olmayıb.
Müğənni Rəqsanə İsmayılova müğənniləri orada əxlaqsızlıq etməklə ittiham edib və şou-biznesin son günlər yaşanan ən böyük qalmaqalına imza atıb:
“Utanıram, vallah utanıram. Rusiyaya toya gələn müğənnilər və musiqiçilər bizi biabır edir. Toy üstündə qırğın salırlar. Siz illərlə çoxlu pul qazanmısız. Bəs 1 ildən çoxdur işsiz olan insanlar, fəhlələr nə etsin? Özünüzü gözdən salmayın. Məclisə girirəm, qadın müğənnilərimiz damaqlarında siqaret kişilərlə otururlar. Utanıram. Məclisdən çıxdınız tutduğunuz evə gedin. Daha musiqiçilərlə, toy sahibinin qohumları ilə pis işlər görməyin. Moskva böyük şəhərdir, amma yenə də kimin nə etdiyi bəlli olur. Restoran sahibiyəm, musiqiçilərlə işləyirəm. Kimin nə etməyindən xəbərim olur. Sizə görə bizə də pis gözlə baxırlar, hörmət etmirlər. Özünüzə hörmət qoyun".
Bəs Rusiyaya üz tutan sənət adamları bu ittihamlar haqqında nə düşünür? Onlara Rusiyada münasibət necədir?
Mia.az xəbər verir ki, Musavat.com-a danışan Şəbnəm Tovuzlu qeyd edib ki, Rəqsanə haqlıdır:
“Doğrudur, elə sənət adamları var ki, Rusiyada bizi utandıracaq hərəkətlər edir. mən də bu durumdan narahatam. Biz orda hörmət qazanmışıq. Bizi ailələrinin içinə buraxırlar. Izdihamla qarşılanırıq. Məsələn mən hər yerə kiçik qaynımla gedirəm, əmimgildə qalıram. Toyumu oxuyub evimə gəlirəm. Əslində belə olmalıdır. Amma bəzilərin in məqsədi toydan qazanmaq deyil. Bu da bizi utandırır. Niyə bizə qoyulan hörməti azatmağa çalışırlar?”
Rəqqasə Fatimə Fətəliyeva isə müğənninin sözlərini belə şərh edib:
“Hər kəs toy ab-havası üçün çox darıxıb. Mən Moskvaya dəvət olunmuşdum. 2 gün orda oldum. Xına mərasimi keçirdik. Dəyərli bəy və xanımlarımız məclisdə iştirak edib. Azərbaycanımızın adət-ənənəsini yaşatmışam.
Rəqsanə xanımın dediklərinə gəldikdə isə, o, orada yaşayır, restoran sahibidr. Hər şeyi bizdən yaxşı bilir. Mən nə isə görüb, eşitməmişəm deyə bu barədə heç nə deyə bilmərəm. Gözəl təəssüratlarla geri dönmüşəm. Burda iş yoxdursa, sənətçilər acından ölürsə, nə etməlidir? Ailəsini dolandırmaq üçün əlbəttə, başqa variantlar axtaracaq, başqa ölkələrə üz tutacaq, ona tələbat olan məclislərə gedəcək. Kimin hansı yolla pul qazanmasına heç nə deyə bilmərəm. görmədiyim şeydən danışa bilmərəm. Allahımdan qorxuram”.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar