ATƏT PA-nın vitse-prezidenti: "Təəssüf ki, həmsədrlər 30 illik zərərli təcrübəsini bərpa etmək istəyir"
14-04-2021 [14:48]
"Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri 13 aprel 2021-ci ildə ötən ilin noyabr ayında üçtərəfli bəyanatın imzalanmasından sonrakı vəziyyət barədə yeni açıqlama yayıblar. Həmsədrlərin bəyanatında humanitar və təhlükəsizlik məsələləri, o cümlədən kommunikasiyaların açılması ilə bağlı müəyyən pozitiv məqamlar olsa da, onlar yenə də ənənəvi və zərərli təcrübələrinə istinad edərək köhnəlmiş və heç bir aktuallıq kəsb etməyən tezislərini bərpa etməyə çalışıblar".
Mia.az xəbər verir ki, bu sözləri ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev deyib.
O bildirib ki, bu bəyanatda ciddi narahatçılıq doğuran və erməni tərəfinin tezislərini açıq şəkildə büruzə verən bir neçə məqamı qeyd etmək istəyir:
"Birinci, həmsədrlər bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qaytarılmasını istəyirlər. Hamıya bəllidir ki, Azərbaycan tərəfi müharibə dövründə əsir düşən və saxlanılan ermənilərin hamısını Ermənistana qaytarıb. Lakin anlaşılan odur ki, həmsədrlər müharibə başa çatandan sonra Ermənistanın Şirak rayonundan Azərbaycana terror məqsədi ilə göndərilən və 4 nəfər hərbiçimizi şəhid edən diversant qrupunun üzvlərini nəzərdə tuturlar. Yəni, bizim dəfələrlə açıqlama verib onların hərbi əsir olmadığını deməyimizə rəğmən, Minsk üçlüyü heç nə olmamış kimi davranaraq bu məsələdə Ermənistanın sözçüsü qismində çıxış edir.
İkinci, həmsədrlər bəyanatda Dağlıq Qarabağa gediş-gəlişə, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərdən bəhs edirlər. Bu absurd fikri səsləndirməklə onlar həm özlərini gülməli vəziyyətə qoyurlar, həm də “10 noyabr üçtərəfli bəyanatı dəstəkləyirik” kimi mövqelərinin ziddinə çıxmış olurlar.
Digər tərəfdən cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və kim ölkəmizə, xüsusilə münaqişənin təsirinə məruz qalmış ərazilərə gəlmək istəyirsə, buyursun, lazım olan hüquqi prosedurlara əməl edərək istədiyi yerə getsin. Hətta beynəlxalq təşkilatlar Xankəndinə humanitar yardım etmək istəyirsə, yenə də problem yoxdu, məsələni rəsmi Bakı ilə müzakirə edib razılaşdırsın. Yox, əgər həmsədrlər yenə də müharibədən əvvəlki qaydanı tətbiq edib, Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə istədikləri vaxt və Bakıdan icazə almadan gedib-gəlmək, özfəaliyyətlə məşğul olmaq istəyirlərsə, bu macəra artıq tarixdə qaldı və bundan sonra belə özbaşınalığa heç vaxt imkan verilməyəcək.
Üçüncü, həmsədrlər bəyanatlarında məsuliyyətsizcəsinə uzun müddətli sülhün əldə olunması üçün tərəflərə yaxşı tanış olan köhnə prinsiplərin dirçəldilməsinin vacibliyini qeyd edirlər. Bu fikir bir daha sübut edir ki, Minsk üçlüyü heç vaxt Cənubi Qafqazda sülhün və əminamanlığın olmasını istəməyib və indi də istəmir. Onlar heç bir aktuallığı qalmayan əvvəlki ritorikanı bərpa etməklə hələ uzun müddət heç bir faydası olmayan mandatlarını qorumağa və özlərinin uğursuz varlığını sürdürməyə çalışırlar. Bu fikirlər həm də Ermənistanda olan revanşist qüvvələr üçün əlavə bir stumul deməkdir. Bu, bəyanat həm də Ermənistan və Azərbaycan arasında gərginliyin daha da körüklənməsinə hesablanmış bir addımdır.
Bütün hallarda mən bu bəyanatı yersiz və reallıqdan uzaq bəyanat hesab edir və onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə rədd edildiyini bildirirəm".
Azay Quliyev daha sonra deyib:
"Sonda isə səmimi etiraf edim ki, məndə az da olsa ümid vardı ki, Minsk Qrupunun həmsədrləri özlərinin 30 illik yarıtmaz fəaliyyətlərinin nəyə bais olduğundan və 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan düzgün nəticə çıxararaq bu reallığa tamami ilə uyğun mövqe sərgiləmək üçün özlərində güc tapa biləcəklər. Ancaq görsənən odur ki, bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb".
Mia.az
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)