İKİ ƏSGƏRİMİZ MİNAYA DÜŞDÜ: "Həyatları üçün təhlükə yoxdur" - MN açıqlama yaydı

img

06-04-2021 [23:32]


İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR