Rusiya millisinin 10 futbolçusu dopinq testindən keçirilib

img

29-03-2021 [11:40]


Rusiya millisinin 10 futbolçusu 2022-ci il dünya çempionatının seçmə oyunlarından sonra dopinq testindən keçirilib.

Məlumata görə, komandanın düşərgəsinə gedən dopinq nəzarəti müfəttişləri onlardan nümunələr götürüb.

Həmin oyunçuların adları açıqlanmayıb. Prosedurun nizamlı həyata keçirildiyi qeyd olunur.

Qeyd edək ki, Rusiya yığması martın 30-da Slovakiyanın qonağı olacaq. Komanda ilk turda səfərdə 0Maltanı 3:1, ikinci oyunda isə evdə Sloveniyanı 2:1 hesabı ilə üstələyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR