DÇ-2022: Türkiyə millisi Norveçi də devirdi

img

27-03-2021 [22:58]


Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.

Mia.az xəbər verir ki, Şenol Günəşin baş məşqçisi olduğu komanda 2-ci turda Norveçin qonağı olub. 

Oyun Türkiyənin inamlı qələbəsi ilə başa çatıb - 3:0

Bu qələbə ilə xalını 6-ya çatdıran Türkiyə G qrupunda 1-ci pilləyə yüksəlib. Monteneqro eyni xalla 2-ci, Niderland 3 xalla 3-cüdür.

Xatırladaq ki, qardaş ölkə ilk turda Niderlanda 4:2 hesabı ilə qalib gəlmişdi.

27 mart

21:00. Norveç - Türkiyə - 0:3
Qollar
: Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28
Qırmızı vərəqə: Thorstvedt, 80 (Norveç)


Digər xəbərlər
SON XƏBƏRLƏR