DÜNYA İDARƏETMƏ SİSTEMİNİ DƏRİNDƏN SARSACAQ ABŞ-ÇİN SAVAŞI: Avropanın güclü ölkələri hansı tərəfi seçəcək? - TƏHLİL
23-03-2021 [22:12]
Sərdar Turqut,
Haberturk.com
***
Dünyanın mövcud sistemini dərindən sarsacaq ABŞ-la Çin arasındaki iqtisadi hegemonluq savaşına addım-addım getməkdə olduğumuzu daha əvvəllər "Texno demokratiya avtokratiyaya qarşı" (3.03.21) və "21-ci əsrin yaxınlaşan böyük savaşı" (15.03.21) başlıqlı yazılarımda anlatmışdım.
Avropa Birliyi ilə xarici ticarət həcminin böyüklüyü acısından Çinin ABŞ-ı keçmiş olduğu ortaya çıxınca, Çinin yüksələn iqtisadi gücü qarşısında zatən tədirgin olan Amerikada bu tədirginliyin bir az da təlaşa çevrilməkdə olduğu görünür.
ABŞ-ın beynəlxalq təhlükəsizlik quruluşlarından, texnoloji və digər böyük şirkətlərindən həmən hər gün "Çinin dünya iqtisadi sistemində artan gücünə qarşı sürətlə bir şey edilməzsə, ABŞ-ın dünya iqtisadi düzənindəki hegemon yerini Çinə uduzacağı" xəbərdarlıqları gəlir.
İLK TOQQUŞMA SAHƏSİ...
Çinin planlanan hazırlıqlarını xüsusi diqqətlə izləyən Amerika dövləti iqtisadi savaşda ilk açıq toqquşmanın texnoloji sektorda olacağına qərar verib. Amerika Çinin yüksəlməkdə olan bir "rəqəmsal süper güc" olduğunu düşünür. Bu çeşidli reportajlarda açıq büruzə verilir.

Gerçək göstəricilərə baxdığımızda, Çinin rəqəmsal sahənin bütün spektrlərinə böyük və geniş həcmdə sərmayə yatırdığını və rəqəmsal texnologiyaları həm güvənlik, həm iqtisadi bazasını daha da gücləndirmək istiqamətində dəqiq istifadə etdiyini görə bilirik.
Amerika öz daxilində gərəkən düzənləmələr və sərmayələrlə, eyni zamanda, dövlət-özəl sektoru koordinasiyalı şəkildə hərəkətə gətirməklə Çinin yüksəlməkdə olan bu rəqəmsal gücünə əngəl olmaq istəyir.
Bayden administrasiyası bu rəqəmsal savaş hazırlığına xüsusi önəm verir və Amerikanın bütün öndə gələn teknoloji şirkətləriylə işbirliyi içində çalışır. Ancaq Amerika rəhbərliyi öz içində gərəkən bütün hazırlığı görsə də, Çinlə dijital hegemonluq savaşının qlobal səviyyədə aparılmasının gərəkliyini də bilirlər. Bunun üçün də Çinə qarşı qurulacaq qlobal yeni güc mərkəzlərinə ehtiyac var.

AVROPA NƏ EDƏCƏK?
Aparılan araşdırmalara görə, Amerikanın Çinə qarşı formalaşdırmağa çalışacağı qlobal işbirlikləri arasında ən çox zorlayacaq olan Avropa Birliyi ilə yaradılması vacib olan birgə rəqəmsal güc mərkəzi olacaq. Çünki daha əvvəl dediyim kimi, Avropanın bu dəqiqə ən böyük xarici ticarət həcmi Amerika ilə deyil, Çinlədir. Və ABŞ-ı da əsl narahat edən budur. Çünki Almaniya kimi, Avropanın digər ölkələri də xeyiri Çinlə iqtisadi savaşda deyil, işbirliyində axtara bilərlər. Amerika isə Avropanın Çinlə işbirliyinə getməsi halında, Avropanın rəqəmsal sektorda Pekinə təslim olacağından qorxur...
AMERİKANIN STRATEGİYASI
![]()
Texnoloji şirkətləri ilə işbirliyi içində çalışan Amerika rəhbərliyi isə rəqəmsal sektorda Avropanın xüsusiylə 5G sahəsində güclü olduğunu, Ericsson və Nokia kimi şirkətlərin Amerika şirkətləri ilə ortaq çalışarsa, Çinin rəqəmsal sektordakı hakimiyyət üstünlüyünə təsirli qarşılıq verə biləcəklərini düşünürlər.
Bayden yönətimi iş başına gəldiyi günlərdə Avropa Birliyi "Avropa Birliyi-Amerika Texnoloji İşbirliyi" adını verdiyi bir siyasi yol xəritəsi hazırlamışdı. Amerika yönətimi buna da baxaraq, Çinə qarşı texnoloji sahədə Avropa ilə birgə hərəkət olacağını düşünmüşdü.
MƏSƏLƏ O QƏDƏR DƏ ASAN DEYİL...

Ancaq bəzi Avropa ölkələri ABŞ-la birgə hərəkət etmək istəsələr də, rəqəmsal sahədə ortaq cəbhənin o qədər asan formalalaşmayacağı aydın görünür. Başda dediyim kimi, Çinə qarşı iqtisadi savaş açılmasının doğru olmayacağını düşünən güclü Avropa ölkələri də var. Ayrıca Avropa Birliyinin güclü bürokratiyası "rəqəmsal müstəqillik" qavramına milli düşüncəylə sahib çıxır və bu məsələdə Amerikaya qarşı da qoruma istəməkdədir. Hətta bu rəqəmsal müstəqilliyi qorumaq üçün Amerika texnoloji şirkətlərinə qarşı Avropada açılmış bir çox davalar da var.
Əgər Bayden administrasiyası Çinə qarşı rəqəmsal sahədə Avropa ilə ortaq bir güc mərkəzi formalaşdırmaq istəyirsə, o zaman əlini bir az sürətli tutmalı və Avropanı ABŞ-la birgə olmağın Çinlə işbirliyindən daha yaxşı, xeyirli olacağına inandırmaq məcburiyyətindədir. Bəli, ABŞ Avropanı inandırmaq zorundadır. Bundan əlavə, ABŞ avropalı bürokratları məmnun etmək üçün rəqəmsal sahədə diqqət çəkən üstünlüklərini də göstərmək durumundadır.

Avropadaki mübahislərə baxdığımızda isə bütün bu addımların elə asan olacağını söyləmək mümkün deyil.
O səbəbdən, Amerikanın necə addımlar atacağı önümüzdəki günlərdə çox böyük maraqla izlənəcək...
Tərcümə MİA.AZ-a məxsusdur.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK