Azərbaycan millisi "Neftçi" ilə yoxlama oyunu oynayacaq

img

19-03-2021 [13:16]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.

Məlumata görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Neftçi" ilə üz-üzə gələcək.

Martın 24-də keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq. Oyunun stadionu hələlik müəyyənləşməyib.

Qeyd edək ki, milli martın 20-də "Qarabağ", martın 27-də “Qaradağ Lökbatan”, martın 29-də isə "Qəbələ" ilə üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR