Futbolçu hakimi oyunda şillələdi - VİDEO

img

18-03-2021 [13:08]


Futbol üzrə Bolqarıstan çempionatının 4-cü divizionunda X turun "Kostinbrod" - "Tornado" matçında maraqlı hadisə baş verib.

Məlumata görə, baş hakim Vasil Tsoklinov "Tornado"da çıxış edən Bolqarıstan millisinin keçmiş üzvü Kaloyan Karacinova, qərarına etiraz etdiyi üçün sarı vərəqə göstərib.

Qonaq komandanın kapitanı Georgi Georgiyev qarşıdurmaya müdaxilə edib və vərəqəni referidən almağa çalışıb. Daha sonra hər iki futbolçu baş hakimi yumruqla hədələyib və onu qovmağa başlayıb. Tsoklinov paytardəyişmə otağına qaçıb.

O, meydanın kənarına çatdıqda oyunu bitirmək üçün fit çalıb. Lakin o, paltardəyişmə otağında tapılacağını anlayaraq, stadion hüdudlarından kənara qaçıb/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR