Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

img

17-03-2021 [15:25]


Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçilik etdiyi komanda Moldova seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma iyunun 5-də paytaxt Kişineuda gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan yığması mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR