Məşhur klubun prezidenti xəstəxanaya yerləşdirilib

img

09-03-2021 [20:39]


Argentina "Boka Xuniors"unun prezidenti Xorxe Amor Ameal xəstəxanaya yerləşdirilib.

Məlumata görə, bir müddət öncə koronavirusa yoluxmuş 73 yaşlı funksionerdə nəfəs darlığı müşahidə olunduğundan müalicəsini həkimlərin nəzarəti altında davam etdirir.

Amealın səhhətinin qaydasında olduğu bildirilib.

Qeyd edək ki, Xorxe Amor Ameal 2019-cu ildən "Boka Xuniors"a rəhbərlik edir. O, 2008 - 2011-ci illərdə də klubun prezidenti olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR