Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna etiraz məktubu göndərib -
04-03-2021 [17:56]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Ombudsman İnstitutunun Baş katibi Y.Ziqelin 26 fevral tarixində Azərbaycanla bağlı yayımladığı bəyanata cavab olaraq, həmin təşkilatın prezidentinə, idarə heyətinə və institusional üzvlərinə açıq məktub ünvanlayıb.
Mia.az Ombudsman Aparatına istinadla xəbər verir ki, məktubda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qanunsuz şəkildə daxil olaraq terror aktları törətmiş bir qrup şəxsin Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanaraq törətmiş olduqları cinayətə görə ədalət mühakiməsinə verilidiyi bildirilib:
"Həmin şəxslər beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına əsasən hərbi əsir sayılmırlar. Belə ki, onlar müharibədən, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasından təqribən 20 gün sonra Azərbaycana göndərilmiş və insan ölümü ilə nəticələn ağır cinayət törətmiş Ermənistan vətəndaşlarıdır. Diqqətə çatdırılıb ki, onlar diversant qrupun üzvləri olmuş, Azərbaycan ərazisində ordumuzun dörd hərbi qulluqçusunun həlak olması və bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən terror aktı və digər cinayətlər törətmişlər. Həmin şəxslərin artıq istintaqa təhvil verildiyi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq onlar barəsində istintaqın davam etdirildiyi qeyd olunub".
Məktubda həmin şəxslərin insan hüquqlarının müdafiəsinin Azərbaycan Ombudsmanının diqqətində olduğu, Ombudsmanın həmin şəxslərin saxlandığı yerə başçəkmə keçirdiyi və onlarla rəftar məsələlərini araşdırmaq üçün konfidensial qaydada görüşdüyü bildirilib.
Məktubda, həmçinin AOİ üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad edib və ərazi bütövlüyünü təmin edib. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.
Ombudsmanın məktubunda Y.Ziqelin Azərbaycana qarşı qərəzli münasibətini sübut edən məqamlara da toxunulub. Bəyanatın 26 fevral tarixində verildiyi və bu günün Azərbaycanda Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının anım tarixi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Ombudsmanı tərəfindən dəfələrlə Y.Ziqelə bu mövzuda bəyanatlar ünvanlansa da, onun tərəfindən bu soyqırım aktını və ya Ermənistanın işğal siyasətini pisləyən hər hansı bəyanat verilməyib.
Müvəkkil ombudsman təsisatlarının şəbəkəsini təmsil edən AOİ-dəki vəzifəsindən sui-istifadə edərək Y.Ziqelin Ermənistan-Azərbaycan münaqişəsi barədə əsassız və qərəzli bəyanatlar verməsini qəti şəkildə pisləyib.
S. Əliyeva AOİ-nin bütün üzvlərini Y.Ziqelin iki xalq arasında münasibətləri daha da gərginləşdirmək və Ermənistan ictimaiyyətində Azərbaycanafobiyanı dəstəkləməyi məqsəd seçən müəyyən dairələrin marağına xidmət edən qərəzli və siyasiləşmiş bəyanatlarında bu qurumun adını istifadə etməsinə son qoymaq üçün zəruri addımlar atmağa çağırıb.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)