Saxta general-mayor məhkəmə zalından azadlığa buraxılıb - Azərbaycanda + FOTO
02-03-2021 [17:40]
Nərimanov Rayon Məhkəməsində beynəlxalq təşkilatda işlədiyini deyən saxta general-mayor Firdovsi Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə onun barəsində irəli sürülən Cinayət Məcəlləsinin 320.1-ci (saxta sənəd hazırlama və satma) maddəsisinin sübuta yetirilmədəyi qənaətinə gəlib.
Hökmə əsasən, bu maddə üzrə ona bəraət verilib. F.Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib və 2 min manat cərimə edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.
Belə ki, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş F.Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb.
Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.
F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.
Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan-Gürcüstan-Ermənistan sülh platforması... - Çavuşoğlu ilə Zalkaliani müzakirə aparıblar
XİN başçısı: “Türkiyənin Gürcüstana dəstəyi çox önəmlidir”
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Avropa çempionatı: Mariya Stadnik 8-ci dəfə çempion oldu
İCRA BAŞÇISININ İKİ NÜMAYƏNDƏSİNDƏN ŞOK HƏRƏKƏT: müğənninin qətli ilə bağlı sensasiyalı iddialar yayıldı + FOTO
"Maraşlı" italiyalı aktyorlarla yeni seriala çəkilir
Türkiyədə COVİD-19: daha 54791 nəfər yoluxub, ölənlər var
PUTİN ZELENSKİNİN "DONBASDA GÖRÜŞƏK" TƏKLİFİNƏ BELƏ CAVAB VERDİ: "Moskvada istənilən zaman görüşə bilərik"
Mikayıl Cabbarov: "İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır"
Azərbaycanda daha bir Mərkəz yaradıldı - Hökumətdən qərar
Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev... - YAP MSK-ya yenidən onların namizədliyini irəli sürdü (SİYAHI)
RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI MESAJ: "Çoxları davam və ya revanş almaq istəyir, bu, faydalı olacaqmı?"
Sirkdə jurnalistə vəzifə verildi
Azərbaycanda daha 15077 nəfər peyvənd olunub
Azərbaycanda daha 2047 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Deputat: "Hüseynbala Mirələmovun yerinə xəcalət çəkirəm"
Moldovanın Azərbaycandakı səfirliyinin əməkdaşları koronavirusa yoluxdular, xidmət dayandırıldı
Həsən Əblucun rejissor qızı: "Mən heç vaxt onun ucaldığı zirvəyə çata bilmərəm" - FOTOLAR
XİN-in həbs olunan sabiq əməkdaşları haqda qərar verildi
Bu obyektlərdə qaydalar pozulub - SİYAHI
YAP Hüseynbala Mirələmovla bağlı qərar verəcək: "Onun etikadan kənar hərəkəti şiddətlə qınanılır"
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Direktor müavini olmaq istəyən 416 nəfər müraciiət edib
Prezident və xanımı Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində - FOTOLAR
DİN-dən əhaliyə xəbərdarlıq - Kibercinayətkarlıqla bağlı
Amerikalı general Qarabağdan danışdı: "Əsl dərs odur ki, biz kamuflyaj və dispersiyada..."
Məşhur "91-lər Hərəkatı"nın üzvü vəfat edib
Rusiya Ukrayna ilə sərhəddən qoşununu geri çəkir
Rusiya Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verib
Müdafiə Nazirliyi Cəbrayıldan yeni görüntülər yaydı - VİDEO
ABŞ-ın Gürcüstandakı səfiri Azərbaycan dilində çıxış edib
Ana Vətən Partiyasının MSK üzvlüyünə namizədi məlum olub
Xəzər Universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alıb – Beynəlxalq reytinq cədvəli açıqlandı
İranda daha 24092 nəfər koronavirusa yoluxub
Bu gün növbəti buraxılış imtahanları keçirilib
Brejnevin nəticəsi bank dələduzlarının qurbanı olub
DİREKTOR VƏ BAŞ HƏKİM BELƏ SAXLANILDI - Görüntülər yayıldı + VİDEO
Akar Ermənistana qondarma soyqırım iddiaları ilə bağlı müraciət edib
ABŞ Türkiyəni F-35 proqramından çıxardı
Daha iki həkim işdən çıxarıldı - Bu videoya görə (VİDEO)
Fransalı hüquqşünaslar Ağdama səfər ediblər