Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
23-01-2026 [17:27]
İmtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.
Mia.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə zərərçəkənlərin ifadələri dinlənilib. Dinlənilən ifadələr əsasında məhkəmənin qərarı ilə K.Əsədov barəsində seçilmiş poliz nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
***
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.
Mia.az “Unikal”a istinadən xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb.
Universitetdən bildirilib ki, sözügedən şəxs 2025-ci il dekabrın 12-si öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, yanvarın 22-si Gəncə Şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məlum olub ki, K.Əsədovun qaynı Bəhmən Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin Bəhman Hüseynli hakimin sualına tam cavab verə bilməyib.
***
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan Gültən Quliyeva bildirib ki, Kamran Əsədovun köməkçisi Bəhman Huseynli onunla əlaqə saxlayaraq məhkəməyə getmənəyi təklif edib: “Mənə dedi ki, məhkəməyə getməyim və hər şey yaxşı olacaq. Həmçinin Kamran Əsədov da mənə mesaj yazıb. Lakin mən hər iki şəxsi tətbiq üzərindən bloklamışam. Mən Kamran Əsədova oğlumun qəbul olunması üçün 15 min manat pul vermişəm. İş alınmadı, pulu geri qaytarıb".
Kamran Əsədov ifadəyə münasibət bildirərkən qeyd edib ki, Gültən Quliyevaya zəng etməyib və hal-əhval üçün mesaj yazıb. Eyni zamanda, Gültən Quliyevadan pul almayıb, pulu özləri verib.
Hakim Elçin Məmmədov bildirib ki, hazırda Naftalan Şəhər Polis Şöbəsinə Kamran Əsədov barəsində şikayət daxil olub, araşdırma aparılır.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Mirzağa Yaqubzadə isə deyib ki, Gültən Quliyevanın oğlu imtahanda iki dəfə iştirak edib.
Daha sonra Gültən Quliyevanın oğlu Nihat Quliyev və Kamran Əsədovun köməkçisi Bəhman Huseynli ifadə verərək tərəflərin suallarını cavablayıb.
Məhkəmənin növbəti iclası 23 yanvara təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib/APA.
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri - Siyahı
Media nümayəndələri üçün yeni mükafat təsis olunub
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" ötən il 5 520 müraciət qəbul edib
Türkiyədə yeni syasi ittifaq yaranır - Ərbakan anons verdi
Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Ali Məhkəmədən daha bir vahid qərar: "Şəxsin "WhatsApp" yazışmaları izlənilə bilməz"
AFFA bəzi klub və futbolçuları cəzalandırıb
İnşaat Kollecinə direktor təyin olunub
YAP növbəti qurultayı gələn ay keçiriləcək - Nələr gözlənilir?
Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR
Cüdo texnikaları üzrə imtahan keçiriləcək
Azərbaycan millisinin heyəti açıqlandı
Sabah hava necə olacaq? - Proqnoz
Perunun müvəqqəti prezidenti vəzifədən kənarlaşdırılıb - Çinə görə
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi