"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
SİYASƏT
24.01.2026, 11:56
"Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra - ilk 5-6 gün istisna olmaqla, müzakirələrin fərqli məcraya yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən mənə ünvanlanan sualları cavablandırmaqdan mümkün olduğu qədər çəkinmişəm. Partiyada yaranmış durumun qarşılıqlı şəkildə oturub danışılaraq həll olunması üçün çox saylı təşəbbüslər göstərsəm də, addımlarım müsbət qarşılığını görməmişdir".
Mia.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) son qurultayında sədr seçildiyini iddia edən Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial media hesabında yazıb.
Pnun sözlərinə görə, şəxsinə qarşı olan haqsız münasibətlə barışaraq, geri addım atmaq barədə düşüncələri olub: "Bu fikri müəyyən məqamda səsləndirmişəm də. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb. Belə ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla, bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının 4/3-deməkdir".
Elçin Ağamalı bildirib ki, qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib: "Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir. Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.
Rayon (şəhər) təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütəamadi açıqlamalar veriləcəkdir".
Xatırladaq ki, AVP-nin son qurultayda Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün qalmaqal yaranıb, iclas salonunun işıqları söndürülüb. Lakin buna baxmayaraq, qurultay elçin Ağamlıya "hə" deyib. Lakin partiyanın yarandığı gündən sədri olan ata Ağamalı bununla barışmayıb.
Samir Musayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
Bugün, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Bugün, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
Bugün, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Bugün, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
Bugün, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
Bugün, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
Bugün, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
Bugün, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
Bugün, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
Bugün, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
Bugün, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
Bugün, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
Bugün, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
Bugün, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
07.08.2026, 17:00 İQTİSADİYYAT
-
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
07.08.2026, 16:55 SİYASƏT
-
Həftəsonu güclü külək əsəcək - Xəbərdarlıq
07.08.2026, 16:20 GÜNDƏM
-
Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."
07.08.2026, 16:11 İDMAN
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticəsi: 543 nəfər məqbul qiymət aldı
07.08.2026, 15:56 PRESS
-
Mikayıl Cabbarov: "Kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb"
07.08.2026, 15:43 İQTİSADİYYAT
-
"Səbail" futbol klubu Qubanı təmsil edəcək
07.08.2026, 15:34 İDMAN