FHN, ETSN, Prokurorluq, Komitə, Azərbaycan Dəmir Yolları... - Bu dövlət qurumları bəzi xidməti maşınlarını satışa çıxardı + QİYMƏTLƏR
01-03-2021 [12:18]
Əmlak Məsələləri Dövlət Xidməti matrın 30-da növbəti hərrac barədə elan verib.
Mia.az Valyuta.az-a istinadla xəbər verir ki, həmin gün Azərbaycanda fəaliyyət göstərən nazirliklərin, Baş Prokurorluğun, icra hakimiyyətinin balansında olan 36 nəqliyyat vasitəsinin satışa çıxarılması planlaşdırılıb.
Onlardan 22-si Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlara aiddir.
Nəqliyyat vasitələrindən ən ucuzunun ilkin satış qiyməti 400 manatdır. “Motosklet SC150ZH” markalı nəqliyyat vasitəsi 2011-ci ildə istehsal edilib. 2014-cü ilə aid olan “Motoroller” və “Motosikl SHANYANQ ZL150ZH”ı isə 500 manata almaq olar.
Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan traktorlar, yük maşınları, ekskavator, lafet və digər nəqliyyat vasitələri də yer alıb. Onların ən ucuzunun ilkin hərrac qiyməti 1100 manatdan başlayır. Digərlərinin qiymətləri 2000-4500 manat arasında dəyişir. Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsus olan “Mercedes S350” markalı maşın 6 000 manat, “Nissan Maxima” isə 4 500 manata satılır.
Hərrac elanında Baş Prokurorluğun balansında olan maşınlar da yer alıb. Onlardan “Volkswagen Passat” və “UAZ 3962” markalı maşının hər birinin ilkin satış qiyməti 5 000 manat müəyyən edilib.
Siyahıda ən bahalı maşın “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Toyota Land Cruiser”dir. 1999-cü ilə aid olan maşın 23 250 manata satılır.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin balansında olan “Mitsubishi L200” markalı maşın 20 000 manat, “Nissan Pickup” isə 12 000 manata hərraca çıxarılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Mitsubishi Galant”ı (2006) 7 200 manata təklif olunur. Siyahıda daha ucuz qiymətə olan maşınlar da yer alıb.
Xatırladaq ki, hərracda iştirak etmək istəyən vətəndaşlar öncədən maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi