"Zirə"nin legionerinin çiyni oyunda sınıb

img

25-02-2021 [18:46]


Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyununda (1:0) zədələnən "Zirə"nin futbolçusu Davit Volkovun durumuna aydınlıq gəlib.

Məlumata görə, komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan sonrakı mətbuat konfransında gürcüstanlı hücumçunun zədəsinin ciddi olduğunu bildirib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, forvardın çiyni sınıb.

Qeyd edək ki, Davit Volkov görüşün 77-ci dəqiqəsində rəqib komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA