Vüqar Rəhimzadə: "Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır"
SİYASƏT
25.02.2021, 18:15
“XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə üzə çıxır, dünya ictimaiyyətinə bu dəhşətli qətliamın düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Uca səslə bütün sivil dünyaya bəyan edilir ki, erməni şovinist dairələrinin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı öz dədə-baba torpaqlarımızda həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər susqunluqla qarşılanmamalı, insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq səviyyədə öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu qətliam bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarla eyni sırada dayanır. Bir gecədə ermənilərin və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı diviziyasının başıpozuq hərbçilərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi ucdantutma qətlə yetirilən Xocalı faciəsi əsl soyqırımı aktıdır. Hadisələrin mahiyyətində ötən əsrin 80-90-cı illərində keçmiş ittifaqa rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun Sovet İttifaqında yenidənqurma və aşkarlıq adı altında həyata keçirdiyi siyasətin daşnakların növbəti deportasiya və soyqırımlarını gerçəkləşdirməsinə yaratdığı imkanlar dayanır. SSRİ-ni dağıtmaq üçün zəif halqa kimi seçilən millətlərarası qarşıdurma yaratmaq planı ermənilərin istəyi və bədnam Qorbaçov kimilərinin havadarlığı ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda gerçəkləşdirildi. Faciənin qarşısının alınması üçün həmin dövrdə ölkəmizə başçılıq edən şəriştəsiz və antimilli “rəhbərlər” də zəruri tədbirləri görmədilər, hətta faciə haqqında real məlumatlar ictimaiyyətdən gizlədildi.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, bir gecədə 613 nəfər dinc əhalinin, o cümlədən 63 uşağın, 106 qadının vəhşicəsinə qətlə yetirilməsi, 1257 nəfər Xocalı sakininin ermənilər tərəfindən əsir alınmasına, təhqirlərə, əzab-əziyyətlərə məruz qalmasına bu günədək dünyanın göz yumması birmənalı qarşılana bilməz: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarından irəli gələn erməni sevgisini bir kənara qoyub hadisələrə düzgün yanaşsalar, tarixi faktlara müraciət etməyə, araşdırmalar aparmağa maraq göstərsələr Azərbaycan xalqının son 200 ildə erməni daşnak-şovinistləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqlarını görməklə yanaşı, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət vermək haqqında düşünərlər. Amma özünü sivil adlandıran dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Ermənilərin illərdir “böyük Ermənistan” sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmışdır. Dünyanın bir sıra dövlətləri 30 ilə yaxın müddətdə işğalçı dövlətə dəstəkləri ilə ona vaxt qazanmağa yardımçı oldular. Lakin onlar danışıqların imitasiya naminə aparıldığını pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazaraq regionu, ümumilikdə dünyanı erməni faşizmindən xilas etdi. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Məhz bu qətiyyət, yenilməz siyasi iradə sayəsində bu gün artıq diktə edən tərəf Azərbaycandır.”
Baş redaktor bildirib ki, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı ilə yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında, ən əsası onun soyqırımı kimi tanıdılmasının qarşımızda dayanan əsas vəzifə olduğunu
bir daha dünya ictimaiyyətinə çatdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər görülüb və görülməkdə davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərə çox mühüm dəstəkdir.”
V.Rəhimzadə qeyd edib ki, hazırda Xocalı soyqırımının bütün dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. Təəssüf ki, bütün bunlar kağız üzərində əksini tapan reallıqlardır. Əsas olan bəyanatlardan əməli fəaliyyətə keçilməsi, Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsidir. Azərbaycan necə ki 44 günlük İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində qalmış qərar və qətnamələri icra edərək dünyaya siyasi iradəsini, yenilməzliyini çatdırdı, eləcə də Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına nail olacaq. O gün mütləq gələcək!".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur aparıcı telekanaldan ayrıldı
Bugün, 00:24 PRESS
-
“Fənərbağça”nın prezidentinin evində gənc qadın ölüb
Bugün, 00:12 DÜNYA
-
Sabiq spiker Ərdoğandan sonrakı dönəm üçün elə iddia irəli sürdü ki… - “O, qalxıb deyə bilməz ki, qardaşım…”
Bugün, 00:05 SİYASƏT
-
Xanımı İbrahim Borçalıdan üzr istədi: "Onu əlimdən buraxdığım üçün..."
Bugün, 00:01 ŞOU-BİZNES
-
Türkiyənin daha iki şəhərində kütləvi tədbirlərə qadağa qoyulub - NATO sammitinə görə
30.06.2026, 23:14 DÜNYA
-
DÇ-2026: Norveç yığması növbəti mərhələyə yüksəldi
30.06.2026, 22:58 İDMAN
-
Türkiyə F-16-ları Afrika ölkəsində əməliyyatda – Minlərlə km uzaqlıqda terror yuvaları vuruldu
30.06.2026, 21:17 GÜNDƏM
-
Nepalda quş qripi sürətli yayılır – 570 min quş məhv edildi
30.06.2026, 19:43 DÜNYA
-
Kılıçdaroğlu daha 26 təşkilat sədrini vəzifədən azad etdi, 7 nəfər isə... - SİYAHI
30.06.2026, 19:07 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenidən hakim qarşısında + FOTOLAR
30.06.2026, 19:07 GÜNDƏM
-
Məcburi köçkün statusu ləğv olundu: bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - DEPUTAT YAZIR
30.06.2026, 19:02 YAZARLAR
-
Ceyhun Bayramov Katrin Bomberger ilə müzakirə apardı - AÇIQLAMA
30.06.2026, 18:10 SİYASƏT
-
Dövlət Ehtiyatları Agentliyi yerli fermerlərdən buğda alacaq
30.06.2026, 18:01 İQTİSADİYYAT
-
Baş nazirin xanımının ölkədən çıxışına qoyulan qadağa götürüləcək? - İstintaqın cavabı gözlənilir
30.06.2026, 17:41 DÜNYA
-
“Beşiktaş” "Bavariya"lı qapıçını almaq istəyir
30.06.2026, 17:27 İDMAN
-
Müsəlman ölkəsində 7 deputat qandallandı - Qadın deputatın isə evindən elə şeylər çıxdı ki… (FOTOLAR)
30.06.2026, 17:16 DÜNYA
-
Prezident İlham Əliyev: "Xəbər bizi son dərəcə sarsıtdı"
30.06.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
30.06.2026, 17:00 İQTİSADİYYAT
-
21 iyundakı imtahanların nəticələri elan edilib
30.06.2026, 16:43 GÜNDƏM
-
Prezident DTX-yə yeni səlahiyyət verdi
30.06.2026, 16:24 GÜNDƏM
-
Prezident korrupsiya haqqında qanuna dəyişikliyi təsdiqlədi - "Xəbər verən şəxs və ya onun yaxın qohumu..."
30.06.2026, 16:16 GÜNDƏM
-
Hadisə “donor kişi” axtarır - “Ana olmaq istəyirəm”
30.06.2026, 16:07 ŞOU-BİZNES
-
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - FOTO
30.06.2026, 15:50 CƏMİYYƏT
-
Azərbaycanda onlar bir ildə bir milyon manatdan çox maaş alıb - RƏQƏMLƏR
30.06.2026, 15:35 İQTİSADİYYAT
-
Mədəniyyət sahəsi üzrə layihələr.. - Qrant müsabiqəsi qaydası təsdiqləndi
30.06.2026, 15:26 MƏDƏNİYYƏT
-
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı - FOTOLAR
30.06.2026, 15:07 İDMAN
-
Əli Əsədov iki yeni qərar imzaladı - Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı, elektron icra isə.. (YENİLƏNİB)
30.06.2026, 15:04 GÜNDƏM
-
Qətər XİN Trampı yalanladı: “ABŞ və İran arasında görüş gözlənilmir”
30.06.2026, 14:42 GÜNDƏM
-
“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olacaq
30.06.2026, 14:39 İQTİSADİYYAT
-
Emin Əmrullayev: "Təhsil sahəsində sistemli korrupsiya mövcud deyil"
30.06.2026, 14:25 CƏMİYYƏT
-
Almaniyalı blogeri təyyarəyə buraxmayıblar – "Dedilər, çılpaqsan, olmaz!" + FOTOLAR
30.06.2026, 14:08 PRESS
-
İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 nəfər həbs edildi
30.06.2026, 13:54 KRİMİNAL
-
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
30.06.2026, 13:25 SİYASƏT
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
30.06.2026, 13:15 CƏMİYYƏT