Azərbaycan ən çox jurnalisti həbsdə olan ölkələr siyahısında

img

18-12-2013 [13:35]


Mərkəzi qərərgahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) ən çox jurnalistlərin həbsxanada olduğu ölkələrin siyahısını açıqlayıb.

MİA azadliq.info-ya istinadən xəbər verir ki, siyahıya Türkiyə liderlik edir. JMK-in hesabatına görə, bu ölkədə hazırda 40 jurnalist həbsdədir.

Türkiyəni 2 və 3-cü yerlərdə İran (35 jurnalist) və Çin (32 jurnalist) təqib edir. İlk üçlükdəki ölkələrdə həbsdə olan jurnalistlər, ümumən həbsdə olan jurnalistlərin yarısından çoxdur. Hesabata görə, 2013-cü ildə dünyada 211 jurnalist həbsdə olub, onlardan 107-i Türkiyə, İran və Çinin payına düşür.

Siyahıda Azərbaycan da ilk onluqdadır. Ən çox jurnalistin həbsdə olduğu ölkələrin onluğu belə tamamlanır: Eritreya, Viyetnam, Suriya, Azərbaycan, Efyopiya, Misir və Özbəkistan.


Digər xəbərlər
SON XƏBƏRLƏR