Vüqar Səfərli mənzil alan jurnalistləri toplayacaq - Səbəb

img

10-12-2013 [15:07]



Bakının Səbael rayonu ərazisində jurnalistlər üçün inşa edilmiş binadan ev alan media işçilərinin yeni mənzillərinə köçürüləcəyi tarix məlum olub. 

Mia.az  Movqe.az-a istinadən xəbər verir ki,  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli yaxın günlərdə mənzil almış şəxslərlə ümumi toplantı keçiriləcəyini, məskunlaşma şərtlərinin açıqlanacağını bildirib. Onun sözlərinə görə, jurnalistlər dekabrın 25-ə kimi mənzillərinə köçə biləcəklər. Fond rəhbəri bildirib ki, dekabr ayının 25-dək ev alan jurnalistlərlə toplantı keçiriləcək: "Biz ev alan jurnalistləri dekabrın 25-dək Fonda dəvət edəcəyik. Hazırda mənzillərin sahiblərinin su, işıq, qaz-la bağlı sənədlərinin hazırlanması ilə məşğul oluruq. Əslində, bu işi onlar özləri görməli olsalar da, biz istədik ki, kommunal xidmətlərlə bağlı sənədləşmələri onların adına rəsmiləşdirərək bunu paket şəklində jurnalistlərə təqdim edək”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA