Ümidin -Ümidləri!

img

15-12-2013 [21:32]


Hava çox soyuq idi ,evə tələsirdim...5-6 yaşlarında bir oğlan uşağı soyuqdan donmuş əllərini mənə uzadıb, xala pul ver dedi ovcuna qoyduğum qəpiklərə baxaraq sevindi.

-Adın nədi? Ümid.... Adını kim qoyub? Anam... Bəs anan hanı? Bax orda.o,balaca çirkli əllərilə bir künçdə buz kimi daşa söykənmiş 22 23 yaşlarında olan gənc amma bənizi solmuş qadını mənə göstərdi.biliirsən anam adımı niye Ümid qoyub? men böyüyəcəm,oxuyacam,böyük biznesmen olacam, xala,,sonra anama isti ev alacam ki, o daha bu daşın üstündə oturmasın.daha heç kimə el açmasın daha heç kim onu danlamsın,heç kim onu alcaltmasın... Üşağın bu sözləri ürəyim parçaladı .sonra xala bilirsən nə edəcəm?-- sonara dostlarıma da, ev alacam,axı pulum çox olacaq?- ,qoy onların da, isti evi olsun..heç kim Ümidsiz qalmasın...sonra evlənəcəm xala,,bilirsən kiminlə,onun gözləri ,balaca soyuq dan, donmuş gözləri parıldadı bax o, qızla,çünki o da mənim kimidir,çünki ona da, mənim kimi soyuqdu..hə sonra mənim oğlum olacaq,,,mən onu küçəyə qovmayacam pul gətir deyə,,çünki həyətdə soyuqdur. Xala çox soyuqdur--mən onu böyüdəcəm oxudacam ve o, da mənim Sevincim olacaq..... Mən balaca Ümidin balaca ürəyindəki böyük Ümidlərin doğrulacagına inanırdım.onun körpə səsindəki,boyul insanlara məxsus inam məni inanmağa məcbur etdi.

-Xala,qoy hec kim Ümidsiz -qalamasın! 

 Səfərova Aytən

Digər xəbərlər
SON XƏBƏRLƏR