16-12-2013 [16:40]
Aşağıdan, xalqın içindən gələn Nicat Əliyeva bu günlərdə 10 il həbs cəzası verildi. O, az qala Bakının yarısını partladacaqmış deyirlər
"Qanun da su kimidir – hər zaman üzüaşağı axar, üzüyuxarı axmaz”. Bu əfqanların atalar sözüdür. Əfqanlar da bizim kimi, daim əzaba mübtəla olublar. Əfqanlar da gözlərini açıb, haqlının deyil, pullunun sözünün keçdiyi cəmiyyətdə yaşayıblar.
Bizdə də belədir, qanunlar üzüaşaı axır, kasıbların üstünə. Bizdə də belədir, qanunlar dərd kimi, xəstəlik kimi, vergi kimi, kommunal xərclər kimi varlının deyil, kasıbın üstünə axır. Azərbaycandakı qanunların varlılara və məmurlara dəxli yoxdur.
Bizim məhlədə iri-iri göydələnlər tikdirən biri var. Məktəb yolunun üstündə imarəti var. Hər gün köklükdən boynu dönməyən, yekəpər oğlu uzun-uzun, dağ boyda maşınlarını qarajdan çıxarıb düz səkiyə düzür. Dərsə gedən uşaqlar və dərsə azyaşlıları aparan valideynlər əlacsız qalıb piyadalar üçün nəzərdə tutulan səki ilə deyil, eləcə maşın yolu ilə gedirlər.
Bir-iki dəfə bu danabaşa demişəm ki, bura səkidir, piyadalar üçündür, maşınınızı burda saxlamayın. Adam mənə Polad Əlamdar Mematiyə baxan kimi baxıb və dodaqaltı mızıldanıb. Guya ki mənə cavab verməyi səviyyəsinə sığışdırmır. Günah onda deyil. Adam təkbaşına 5 maşın sürür. Hərəsinin də 100-300 min qiyməti var. Axı soruşan yoxdur ki, bu qədər pulu o dana başınla necə və hardan qazanmısan? Amma mən soruşmamış bilirəm. Bilirəm ki, bu ölkədə göydələn tikdirənlərin hamısı dövlət büdcəsindən bizim pullarımızı yəğmalayanlardır. Haramınız olsun. Bizim haqqımızı yediyinizdir ki, Allah sizi belə danabaş övladlarla cəzalandırır.
Cəza dedim yadıma keçmiş deputat Gülər Əhmədova düşdü. O deputat idi. Deputatın isə keçmişi olmur deyirlər bizim məmləkətdə. Yəni deputat elə hər zaman deputatdır. Zülümov demişkən, "duputatdır, yuxarıdan gəlib”. Deputat həbsxanaya düşəndə də deputatlığını edir. Necə deyərlər, yuxarıdan gəldiyi üçün elə türmədə də yuxarıdan gedir.
Aşağıdan, xalqın içindən gələn Nicat Əliyeva bu günlərdə 10 il həbs cəzası verildi. O, az qala Bakının yarısını partladacaqmış deyirlər. Bir nazir oğlu rütbə alsın deyə bu ölkədə "Evrovision bombası” adlı komediyanın ssenarisi cızıldı. Yenə də yuxarılar qazandı, aşağılar türməlik oldu.
Korrupsiya ilə məşğul olduğu sübut olunan Gülər Əhmədovaya isə 3 il həbs cəzası verildi. Sadəcə, bu bizim bildiyimiz və gördüyümüz faktdr, amma minlərlə belə faktlar var bu ölkədə. Cinayətkar cəzasız qalır deyə, kefi istəyəni edir.
Məsələn, müsavatçı Nigar Yaqublu avtoqəza törətdiyi üçün həbs edilir, 19 yaşlı oğlan isə azyaşlı xanımı maşını ilə vurub öldürür və tam cəzasız qalır. Bilirsiz niyə? Çünki 19 yaşlı oğlanın maşının qiyməti 300 mindir. Azərbaycanda, Mozambikdə, Əfqanıstanda, Pakistanda və Hindistanda 300 minlik maşınla öldürülən adama görə səbəbkar cəzalandırılmır. Çünki onun 300 minlik maşını var. Bu isə onun varlı atasının, babasının "zədəganlığından” və ya gözəl-göyçək nənəsinin "xanım xatınlığından” xəbər verir. Odur ki, 300 minlik maşınla öldürülənlər özləri cəzalandırılmalıdır. Milli Məclisin Qubadan seçilən deputatı Yevda Abramov Azadlıq meydanında 13 yaşlı paytaxt sakini İsmayılova Tahirə Ələkbər qızını vurub öldürən Əbil Zeynalovun müdafiəsinə qalxdı: "Qəzadır da olub, o da cavan oğlandır, gözəl gələcəyi var. Kim istəyər ki, insan həyatına son qoyub həbsxanaya düşsün? Mən onun ailəsini də tanıyıram. Həmin oğlan Bakıda anadan olub, əsli Qubadandır. Bu o demək deyil ki, əsli qubalı olan qəza törətməlidir? Mən də onun ailəsinin dərdinə şərikəm”. Ancaq Mozambik və Azərbaycan deputatı 13 yaşlı günahsız uşağı kefinin köklüyündən və məsuliyyətsizilindən öldürən cinayətkara belə haqq qazandıra bilər. Bir də Əfqanıstanda belə ola bilər, çünki elə həmişə belə olub. Bizim kimi; qanunlar kasıbların üstünə axıb.
Arzu ABDULLA (birlik.az saytının köşə yazarı)
birlik.az
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi