Pərviz Həşimlinin atası prezidentə müraciət etdi

img

15-12-2013 [15:38]


Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası Kamran Həşimov bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə müraciət edib. Moderator.az saytında yayımlanan müraciəti ixtisarla təqdim edirik:

"Hörmətli Şeyx, ölkə prezidenti Ilham Əliyev cənablarının Sizə Şeyxülislam kimi böyük hörməti olduğunu hamı bilir və bunu isbatlayacaq çoxsaylı nümunələr gətirmək mümkündür. Bu hörməti hiss edən məmurlar Sizin xahişinizi yerə salmazlar. Bunu bilərəkdən ilk gündən Sizin hüzurunuza üz tutdum Sizdən xahiş etdim ki, üzərinizdə gəzdirdiyiniz ”Qurani-Kərim"in xatirinə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov cənablarından xahiş edin ki, çoxsaylı müraciətlərimizi nəzərə alaraq övladımın Bakı Istintaq Təcridxanasına köçürülməsini təmin etsin...

Cənab Şeyx, rayonu, kəndi, varidatı ermənilər tərəfindən qəsb edilmiş 40 ilin müəllimi-ziyalısı, 1 otaqlı pansionatda övladlar böyütdüm, hərbi xidmətə göndərdim, təhsil verdim ki, kimlərinsə mənafeyinin qurbanına çevrilsin? Mən bunu qəbul edə bilmərəm. Ona görə Sizdən xahiş etdim ki, mənim oğlumu MTN-nin təcridxanasından Ədliyyə Nazirliyinin təcridxanasına köçürülməsinə kömək edəsiniz. Siz bu məsələni hətta prezident səviyyəsində həll edə bilərdiniz.

Hörmətli Şeyx, hələ də Sizə inanıram və ümid edirəm ki, bir valideyn kimi hansı əzablar çəkdiyimi hiss edərək bu problemin həllinə yardım edəcəksiniz...
Mən hörmətli prezidentdən xahiş etmişəm ki, övladımı şərləyən şəxs Sizin qarşınızda "Qurani-Kərim”ə əl qoyub and içsin ki, Pərviz həqiqətən silah saxlayır və silah qaçaqmalçılığı ilə məşğuldur. Həmin şəxs ateist olmuş olsa belə, andını qəbul edəcəyəm. Allahı bilər o, bilər. Ondan sonra bu ölkəni tərk edəcəyəm. Öz kəndimizdə yaşamaq istədiyimi bütün dünya qarşısında bəyan edəcəyəm. Ləyaqəti alçalmış, şərəfsiz yaşamaqdansa, öz ata-baba yurdumda qurda-quşa yem olmaq və ya düşmən gülləsinə tuş gəlmək bundan üstündür.

Mənim övladıma işgəncə vermələri azmış kimi, onun hissiyyatına toxunacaq "həyat yoldaşın gündə vəkillərin yanındadır, onlardan aralı dursun” fikirlərinin müəllifini isə Allaha tapşırıram. Unutmasın ki, sabah o da övladımın yerində ola bilər. Həyatda azmı belə təsadüflər olub?"

Digər xəbərlər
SON XƏBƏRLƏR