İsmayıl Ömərov mətbuata qadağa qoydu

img

03-12-2013 [17:26]


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) sabiq baş direktoru İsmayıl Ömərov mətbuata qadağa qoyub.

Belə ki, İTV-dən getdikdən sonra mediadan uzaq düşən İ.Ömərov artıq telefonla heç bir jurnalistə nə açıqlama, nə də müsahibə verməyəcək. Virtualaz.org bildirir ki, bunu azvision.az-ın əməkdaşına İ.Ömərov özü deyib.

Hazırda Bakıda olduğunu deyən keçmiş baş direktor İTV-dəki dəyişikliklər barədə də danışmaqdan imtina edib.

"Hazırda Bakıdayam. Hər şey yaxşıdır. Sadəcə bundan sonra jurnalistlərə telefonla müsahibə verməyəcəm,”-deyə İ.Ömərov bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA