Azərbaycan millisinin sabiq futbolçusu koronavirusdan vəfat edib

img

28-01-2021 [13:36]


Azərbaycan millisinin sabiq futbolçusu Gennadi Drozdov vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat yayıb.

Onun sözlərinə görə, veteran yarımmüdafiəçinin ölümünə koronavirus səbəb olub. Drozdov eyni zamanda xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Gennadi Drozdov "Xəzər", "Neftçi", "Dinamo" (Gəncə), "Göyəzən" və "Turan" klublarının da formasını geyinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR