"Xəbər məni olduqca kədərləndirdi" - Prezident İlham Əliyev Zelenskiyə məktub göndərib

"Xəbər məni olduqca kədərləndirdi" - Prezident İlham Əliyev Zelenskiyə məktub göndərib

GÜNDƏM

23.01.2021, 17:02

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR