Bu universitetə yeni prorektor təyin olunub

Bu universitetə yeni prorektor təyin olunub

CƏMİYYƏT

22.01.2021, 17:19

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.

Universitetdən Mia.az-a verilən məlumata görə, AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub.

Prorektoru kollektivə təqdim edən rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR