Mikayıl Cabbarov ona yeni vəzifə verdi - FOTO

img

22-01-2021 [14:58]


İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoruna yeni müavin təyin edilib.

Məlumata görə, həmin vəzifəni Ziya Kəngərli tutub..

Bildirilib ki, o, 1980-ci il Bakıda anadan olub, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib, eyni zamanda, Kolumbiya Universiteti və London Biznes Məktəbində (LBS) MBA dərəcəsi əldə edib.

Z.Kəngərli indiki vəzifəyə təyin edilməmişdən öncə Maliyyə Monitorinq Xidmətinin İdarə Heyəti sədrinin müşaviri olub, Dövlət Neft Fondunda aktivlərin idarə edilməsi sahəsində müxtəlif vəzifələrdə çalışıb, risklərin idarə edilməsi, investisiya siyasətinin hazırlanması və aktivlərin strateji bölüşdürülməsi üzrə cavabdeh bölmələrə rəhbərlik edib/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA