İspaniyalı futbolçu David Barral tarixə düşüb

İspaniyalı futbolçu David Barral tarixə düşüb

İDMAN

20.01.2021, 22:55

İspaniyalı futbolçu David Barral tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

O, İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternasional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması “İnternasional Madrid”in “Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

Qeyd edək ki, veteran forvard karyerası ərzində “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klublarda oynayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR