Mikayıl Cabbarov: "SOCAR-ın səhmlərinin satışı planlaşdırılmır"
20-01-2021 [15:17]
“21 dövlət şirkətinin idarəetməsinin tapşırıldığı Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək”.
Bunu "Bloomberg" agentliyinə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Biz səhmdarlar və iqtisadiyyat üçün artan dəyər gözləyirik”, - deyə o, əlavə edib.
Nazirin fikrincə, dövlət şirkətlərinin hamısı özəlləşdirilməsə də, investorlar üçün eyni baxış bucağı formalaşdırılmalıdır. Bu isə şirkətlərin idarəçiliyində bir çox dəyişikliklər tələb edir.
“Bu il üçün dövlət şirkətlərinin, o cümlədən Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin satışı nəzərdə tutulmur. Ancaq Azərbaycan yeni özəlləşdirmə proqramını reallaşdırmaq niyyətindədir və biz indiyə qədər təklif etmədiyimiz yeni aktivləri irəli sürəcəyik”, - deyə M.Cabbarov qeyd edib.
“Özəlləşdirmə naminə özəlləşdirmə aparmağı və yaxud konkret müddət üçün özəlləşdirməyə getməyi doğru hesab etmirik. Bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyəri artırmağa imkan verən investisiya holdinqi qurmaq idi”, - deyə nazir vurğulayıb.
O, həmçinin əlavə edib ki, Qarabağın işğaldan azad edilməsi regionda sabitlik yaratmaqla yanaşı, məhsulların ticarəti və tranziti baxımından Azərbaycanın haba çevrilməsinə şərait yaradacaq: "Regiondakı proseslərdə Ermənistanla da əməkdaşlıq edilə bilər. Prezident İlham Əliyev aydın şəkildə deyib ki, Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Qarşılıqlı əməkdaşlıq bölgədəki bütün ölkələrə fayda gətirəcək. Rusiya, Azərbaycan və Ermənistanın yaratdığı birgə komissiya bu ay işə başlayacaq"/Report.
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib