Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkü atıldı - Qarşılaşmalar

img

19-01-2021 [21:09]


Bu ilin fevralında Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Məlumata görə, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə 1/4 final, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan Almaniya "Bavariya"sı mübarizəyə yarımfinaldan başlayacaq. Həmçinin Libertadores Kubokunun qalibi (Braziliyanın "Palmeyras" və ya "Santos" klubu) də birbaşa bu raunda vəsiqə qazanacaq.

4 fevral

1/4 final mərhələsi

"Tiqres" (Meksika) - "Ulsan" (Cənubi Koreya)

"Əl-Duhail" (Qətər) - "Əl-Əhli" (Misir)

Yarımfinal

7 fevral

Libertadores kubokunun qalibi - "Tiqres" / "Ulsan" cütünün qalibi

8 fevral

"Bavariya" - "Əl-Duhail" / "Əl-Əhli" cütünün qalibi

Final

11 fevral

Qeyd edək ki, turnirin son qalibi İngiltərənin "Liverpul" klubudur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR