Abşeronda evlərdən 22 min manatlıq oğurluq edildi

img

18-01-2021 [13:21]


Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8 515 manat pul, 12 655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR