İspaniyalı azarkeşlər Azərbaycan milisinin futbolçusunu tənqid edib

img

08-01-2021 [15:39]


İspaniyanın "Albasete" klubunun azarkeşləri Azərbaycan milisinin futbolçusu Eddi İsrafilovu tənqid edib.

Məlumata görə, tvitterdə bir qrup yerli fanat 28 yaşlı yarımmdüfiəçinin çıxışından razı qalmadıqlarını bildirib.

Hətta azarkeşlərdən biri İsrafilovu klub tarixinin ən pisi oyunçusu adlandırıb. Digəri isə "Albasete"nin keçmiş idman direktoru Mauro Peresin İsrafilovla 4 illik müqavilə imzalandığı üçün təzminat ödəməli olduğunu yazıb.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete"də çıxış edir. Komanda İspaniya Sequndasında 20 turdan sonra 15 xalla sonuncu - 22-ci pillədə qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR