"Tottenhem"in futbolçuları karantini pozduqları üçün cərimələndi

img

05-01-2021 [20:18]


İngiltərənin "Tottenhem" klubu futbolçuları Serxio Regilon, Covanni Lo Selso və Erik Lamelanı cəzalandırıb.

"The Atletic" nəşri xəbər verir ki, hər üç oyunçu karantin qaydalarını pozduqları üçün cərimələniblər.

Milad bayramını "Vest Hem"in yarımmüdafiəçisi Manuel Lansini ilə qeyd edən futbolçular daha sonra birlikdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıblar.

London klubu oyunçuların məsuliyyətsiz davranışını bağışlamayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR