AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib

img

28-12-2020 [12:59]


AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

"Zirə"nin heyətində isə Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq qovulub. Nəticədə müdafiəçiyə 1 oyunluq cəza verilib. Klub isə 200 manat cərimə ödəyəcək.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR