Braziliyada futbolçular arasında kütləvi dava düşüb

img

22-12-2020 [14:38]


Braziliyada 17 yaşadək futbolçulardan ibarət "Atletiko Paranaense" və "Fluminense" komandaları arasındakı matçda dava düşüb.

Məlumata görə, ikinci hissənin sonılarında iki oyunçu mübahisə edib. Onlar bir-birilərinə xəsarət yetiriblər.

Komandanın digər üzvləri və ehtiyat oyunçular skamyasında əyləşənlər də insidentə qoşulub.

Səlahiyyətli nümayəndələr və klub işçiləri futbolçuları ayırmaq məcburiyyətində qalıblar.

Qarşılaşma "Fluminense"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR